"Günahsız Məryəm Ana"



"Günahsız Məryəm Ana Kilsəsi" 2004-cü ildə Azərbaycana gələn Vatikan nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilmişdir. Bolşeviklər tərəfindən uçurulan "Bakirə Müqəddəs Məryəm Kilsəsi"nin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi-Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis etmiş və ilk ibadəti həyata keçirmişdir.
Kilsəyə daxil olduqda məni Azərbaycanda apostol prefekti olan Vladimir Fekete qarşıladı. Kilsə haqqında yazı yazmaq istəyimi məmnuniyyətlə qarşıladı. Kilsənin girişində belə bir yazı var idi: ""Mənim evim dua evidir" deyə yazılmışdır".

 Kilsə Latın kilsəsi olduğu üçün Roma-katolik kilsəsi ənənələrini daşıyır. 
Kilsənin daxildən görünüşü
Kilsənin özünə məxsus bir aurası var idi.Burada katoliklərin ibadət zamanı əyləşməsi üçün yerlər və ən öndə isə kahinlərin ibadət zamanı əyləşdikləri yer var idi.

 Sağda açıq şəkildə olan kitab Müqəddəs Kitab idi. (İncil, Luka) Onun qarşısında isə Məsihçilərə aid xeyli sayda kitablar vardı.
Gördüyünüz bu yer isə "Günahlardan Təmizlənmə" üçündür. Beləki buradan gələn suyun özü ilə insanların günahlarını apardığına inanılır. Piramida şəklində olan daşın üzərində isə müxtəlif təsvirlər mövcud idi. Bu gördüyünüz təsvirin mənası "İsa öz qanı ilə öz günahlarını yuyur" deməkdir. 
Dua və ibadət zamanı yandırılan şamlar
Məsihçilər adətən dua və ibadətləri zamanı şam yandırırlar. Bu yer isə şam yandırmaq üçün ayrılan yer idi.
Dua və ibadət edilən yerin yaxından görünüşü
Ortada görünən yer əsas ibadət edilən yerdir. Din uğrunda şəhid olan müqəddəsin bir hissəsi burada saxlanılır.(Müqəddəsin kiçik bir sümüyü saxlanılır burda) Üzərində yerləşən iki şam isə ibadət zamanı yandırılır.
Şamların üzərində yazılan "JHS" hərflərinin açılımı "Jesus Hominum Salvator", mənası isə "İsa, insanların xilaskarı" deməkdir. Sağda yerləşən qızılı rəngli xaç isə İsa peyğəmbəri simgələyir.

Arxadan çıxan işıqlar İsa peyğəmbərdən ayrılan işığı, nuru simgələyir. Üzərində yazılan "İNRİ" sözü isə "İesus Nazarenus, Rex İudaeorum" deməkdir latın dilində. Tərcüməsi "Nazaretli İsa, yəhudilərin hökmdarı" deməkdir.
Arxada görünən bu təsvirdə isə Müqəddəs Məryəm İsadan tacı alır. Bu tac bir növ hakimiyyət rəmzi kimidir.

Vladimir Feketenin dediyinə görə, məsihçilər İsanın burada olduğuna inanırlar.Balıq isə əvvəllər xristianların xaç taxmaları qadağan edildiyi üçün qəbul etdikləri bir rəmzdir. Balıq haqqında soruşduqda Vladimir Fekete mənə yuxarı baxmağımı söylədi. 
Burada latın hərfləri ilə "İXTÜS" yazılıb. Sözün mənası "Balıq" deməkdir. Lakin hərflərin açılışlarının da mənaları vardır. "İ"- "İesus"(İsa), "X"-"Xristos"(Müqəddəs), "T"-"Teu"(Tanrı), "Ü"-"Üos"(Oğul), "S"-"Soter"(Xilaskar).
Kilsədə maraqlı mozaikalar var idi. Bu mozaikalar kilsənin dörd bir tərəfində yerləşirdi və hər birinin öz mənaları var idi.(Birini yuxarıda qeyd etdim). Bu şəkildəki görüntülər hər biri bir insanı simgələyir.
Aslan - Mark
Qartal - İohan
Mələy (yarı-insan) - Matta
Öküz - Luka
Digər bir mozaika isə sağ tərəfdə yerləşirdi. Bu mozaika isə "Xaçın Dayanacaqları" adlanır və 14 dayanacaqdan ibarətdir.
1. İsa ölümə məhkum edilir.
2. İsa xaçı daşıyır.
3. İsa birinci dəfə yıxılır.
4. İsa anasını görür.
5. Simon İsaya xaçı daşımaqda kömək edir.
6. Veronica İsanın üzünü dəsmal ilə silir.
7. İsa ikinci dəfə yıxılır.
8. İsa Qüdsün qadınlarını görür.
9. İsa üçüncü dəfə yıxılır.
10. İsanın paltarları çıxarılır.
11. Çarmıxa çəkilmə.
12. İsa xaçda ölür.
13. İsa çarmıxdan aşağı endirilir.
14. İsa dəfn edilir.
Rəsmi dayanacaq kimi olmasa da İsanın yenidən dirilməsi bəzən, 15-ci dayanacaq kimi qeyd edilir.
Digər bir mozaika isə çöldən görünürdü.

Bu mozaikada isə İsanın vəfatından sonra Tanrının Öz Nurunu alov şəklində göndərilməsi təsvir edilib. Bundan əlavə mozaikada Müqəddəs Məryəm və həvarilər də təsvir edilmişdir.
Kiçik kilsə adlanan hissə də isə marağımı bir xalça çəkdi.
Vladimir Fekete bu xaçın Qafqaz Albaniyası xaçı olduğunu qeyd etdi. Qazıntılar zamanı Qafqaz Albaniyasına məxsus xaçın forması xalçada öz əksini tapmışdır. Bir şeyi qeyd edimki Ortasında halqa olan xaç həmdə "Kelt Xaçı" adlanır. "Albaniya Xaçı" ilə eynilik təşkil etməsi maraqlı oldu. Çünki Kelt Xaçı hələ xristianlıqdan qədimə söykənir.
Sonda isə məni qəbul edib, kilsə haqqında məlumatlandırdığı üçün Vladimir Feketeyə öz təşəkkürlərimi bildirirəm.(Qeyd: Şəkil təsadüfi çəkilib)

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Allah hər şeyi biləndir