Kayıtlar

Mart, 2017 tarihine ait yayınlar gösteriliyor

Vətəndən qaçmaq yoxsa "Qəhrəman arketipi" ?

    Arketip anlayışı psixologiya elminə Jung tərəfindən gətirilmişdir. Carl Gustav Jungun yaratdığı analitik psixologiyanın ən əsas tərəfi kollektiv şüur xarici və içərisindəki arketiplərdir. Arketip sözünün mənası şablon, qəlib deməkdir. Jung-a görə kollektiv şüurxarici (tr: bilinçdışı, en:collective unconscious) bütün insanlıqda ortaq olaraq vardır və soya bağlı olaraq atalardan gəlir. Özündə bütün keçmişi ehtiva edir və nağıllar, hekayələr, dini rəvayətlər vasitəsilə özünü biruzə verir. Arketiplər ilk örnəklərdir, əsrlərlə davam edən təcrübə nəticəsində yaranır və insan doğularkən bu arketiplərlə doğulur. Yəni Junga görə insan "ağ bir səhifə kimi" doğulmur. Əksinə o doğulduğu dünyanı özündə ehtiva edən gizli simvollara (arketiplərə) sahib olaraq doğulur və dünyada yadlıq hiss eləmir. Buna görə də bir uşaq doğulduqda kollektiv şüur xaricindəki ana arketipi sayəsində anasını tanıyır.      Bu arketiplərdən ən önəmlilərindən biri də mərhələ arketipidir. Bu arketipə həm də qəh