Kayıtlar

Ağustos, 2014 tarihine ait yayınlar gösteriliyor

"Günahsız Məryəm Ana"

Resim
"Günahsız Məryəm Ana Kilsəsi" 2004-cü ildə Azərbaycana gələn Vatikan nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilmişdir. Bolşeviklər tərəfindən uçurulan "Bakirə Müqəddəs Məryəm Kilsəsi"nin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi-Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis etmiş və ilk ibadəti həyata keçirmişdir. Kilsəyə daxil olduqda məni Azərbaycanda apostol prefekti olan Vladimir Fekete qarşıladı. Kilsə haqqında yazı yazmaq istəyimi məmnuniyyətlə qarşıladı. Kilsənin girişində belə bir yazı var idi: ""Mənim evim dua evidir" deyə yazılmışdır".  Kilsə Latın kilsəsi olduğu üçün Roma-katolik kilsəsi ənənələrini daşıyır.  Kilsənin daxildən görünüşü Kilsənin özünə məxsus bir aurası var idi.Burada katoliklərin ibadət zamanı əyləşməsi üçün