Kayıtlar

Haziran, 2014 tarihine ait yayınlar gösteriliyor

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Resim
Bu fotonu Masallıda, İstisuda olarkən çəkmişəm. Dilək ağacı və Nəzir qutusunun "vəhdəti"dir bu foto.       Dilək ağacına inam, hələ İslam dinindən öncəki dini-inanc formasıdır. İnsanlar bir dilək tutduqdan sonra, diləklərinin gerçəkləşməsi üçün, dilək ağacına bir parça və ya bez bağlayar, diləklərini edər və ağaca üfləyərək bu ritualı yerinə yetirmiş sayılırdılar. Ağaca parça bağlanması həm də, "Ağac Kultu" ilə bağlıdır. Belə ki, qədim Türklərdə təbiətdə hər bir varlığın sahibinin, yəni yiyəsinin(ruhunun) olması fikri vardır. Hal-hazırda Anadolu bölgəsində, Sibirdə və Altayda da ağaclara parça və ya bez bağlamaq qaydası qalmaqdadır. Bu, Türk toplumlarında müxtəlif adlara malikdir. Məsələn, Yakutlarda "salama", "sarama", Altayda "salam", "yalama" adlanır. Araşdırmaçı alimlər bu qərara gəlmişdirlər ki, inanclarından asılı olmayaraq, bütün Türk toplumlarında ağaclara parça və ya bez qırıqları bağlanması qaydası qalmaqdadır.