Kayıtlar

Ekim, 2014 tarihine ait yayınlar gösteriliyor

"Tanrının dili"

      Rəsul ilk dəfə idiki, din tarixi dərsində olurdu. Bu fənnə Rəsulun böyük marağı vardı. O düşünürdü ki, müəllim ilk dinlərdən başlayaraq ən sonuncuya qədər ona məlumat verəcək. Amma bu heç də belə olmadı.  Müəllim otağa sağ ayağı ilə daxil olub "Bismillah" dedikdən sonra sözə başladı: - "Bildiyiniz kimi ən doğru din sonuncu din olan İslam dinidir. Ondan əvvəlki səmavi dinlər istisna olmaqla digərləri insanların özlərinin uydurduqları dinlərdir. Səmavi dinlərin kitabları isə təhrifə məruz qaldığı üçün biz bu kitablar haqqında məlumatı da Qurandan oxuyacağıq. Aranızda ərəb dilini bilən varmı?"         Rəsul orta məktəbin 9-cu sinfində oxuyurdu. Məktəbin direktoru baş alıb gedən dini ekstremizmə qarşı məktəbdə şagirdlərə dini təhsil verilməsinin daha faydalı olacağını düşünürdü. Belə olduqda şagirdlər gerçək dinin necə olduğunu anlayacaq və ekstremist cərəyanlardan kənarda duracaqdılar. Rəsulun ailəsi dindar ailə deyildi. Ama digər müsəlmanlar kimi onlar da Alla

"Yuxarıdakı Qonşu"

           Balaca qız oynamasını dayandırmışdı. Buna səbəb anasının onu danlaması idi. Balaca özü də bunun nə üçün baş verdiyini bilmirdi. Amma anasının dediyinə görə yuxarıdakı qonşu onun belə oynamasını bəyənmirmiş və balacanın oynamağı onu narahat edirmiş. Balaca düşünürdü, axı yuxarıdakı qonşu onun oyunlarından niyə narahat olmalı idi? Həm də o heç vaxt yuxarıdakı qonşunu görməmişdi. Onu sadəcə evdəkilərin deməyi ilə tanımışdı və onlar deyirdilər ki, o çox yaxşı biridi. Həmişə onların köməyi olur, ürəyiaçıqdır. Amma balacanın oynaması onu narahat etmişdi.            Balaca Məryəmin ailəsi 10 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdı. Yuxarıdakı qonşu isə 10-cu mərtəbədə qalan, adını heç kimin dəqiq bilmədiyi, hər kəsin fərqli müraciət etdiyi bir insan idi. Onu görən olmamışdı, amma deyilənlərə görə hər zaman tək yaşayıb. Məhəlləyə ilk köçən də məhz o olub. Ona görə də məhəllədə kim yaşayırdısa hamısını çox yaxşı tanıyırdı. Və deyilənlərə görə məhəllədə olan-bitən hər hadisədən