Kayıtlar

Nisan, 2017 tarihine ait yayınlar gösteriliyor

Təhsilli Qadın - Təhsilli Bir Ailədir

     2016-cı ildə yayınlanmış statistikaya əsasən, həmin ilin son altı ayında Azərbaycanda 6000 boşanma olub. Bunlar hələ boşana bilənlərdi. Hər ailəyə orta hesabla bir uşaq nəzərə alınsa təxminən 18000 nəfərin məhv olmuş həyatı deməkdir bu.Bu ayrı mövzudur. Bir də var boşanmaq istəyibdə boşana bilməyən ailələr. Belə hallarda adətən qadınlar boşanmaq istəmirlər. Bir ona görəki, il 2017 olsa belə hələdə boşanan qadına cəmiyyət normal baxmır. İki də ona görə ki, adətən qadınlar öz ayaqları üzərində durmağa qorxurlar. Bunun da səbəbi aşkardı. V axtında heç bir təhsil almayan, peşə sahibi olmayan qadın, boşanandan sonra nə işlə məşğul olacağını bilmir.       Yuxarıda qeyd etdiyim birinci və ikinci bəndləri daha geniş şəkildə incələyəcək olsaq birinci bəndin, yəni boşanmış qadının cəmiyyətdə normal qarşılanmamasının səbəbkarı digər qadınlardır. Hər nə qədər də deyilsəki, kişilər cəmiyyət daxilində qadınları əzirlər, əslində qadınların birinci rəqibləri elə qadınlardır. Bir məhəllədə bir qa

Allah hər şeyi biləndir

Hücurat surəsi 16-cı ayədə deyilir:       " (Ya Peyğəmbər! Bu bədəvilərə) de: " Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyi biləndir. "   Allahın hər şeyi bildiyi həm də Əhzab (33) surəsi 54-cü ayədə verilir. Buradan bir fikir ortaya çıxır əgər Allah hər şeyi biləndirsə, deməli insan heç də azad iradəyə sahib deyil. Çünki, İslam mənbələri insanın edəcəyi əməllərə görə Cənnətə və ya Cəhənnəmə gedəcəyini vurğulayırlar. Yəni bizim - insanların sonumuzun öz əlimizdə olacağı qeyd olunur. Amma bu heç də bizdən asılı olan bir məqam deyil. Çünki hələ Adəm yaradılmazdan öncə Allah kimin Cənnətə kimin Cəhənnəmə gedəcəyini bilirdi. Belə olan halda, əgər mənim Cəhənnəmə gedəcəyim Allah qatında bilinirdisə, deməli mənim Cənnətə getmə ehtimalım yoxdur. Əgər Cənnətə getmə ehtimalım edəcəyim ibadətə bağlı idisə, deməli Allah heç də hər şeyi bilmir. O, sadəcə mənim sonumu ehtimal edi