Kayıtlar

Təhsilli Qadın - Təhsilli Bir Ailədir

     2016-cı ildə yayınlanmış statistikaya əsasən, həmin ilin son altı ayında Azərbaycanda 6000 boşanma olub. Bunlar hələ boşana bilənlərdi. Hər ailəyə orta hesabla bir uşaq nəzərə alınsa təxminən 18000 nəfərin məhv olmuş həyatı deməkdir bu.Bu ayrı mövzudur. Bir də var boşanmaq istəyibdə boşana bilməyən ailələr. Belə hallarda adətən qadınlar boşanmaq istəmirlər. Bir ona görəki, il 2017 olsa belə hələdə boşanan qadına cəmiyyət normal baxmır. İki də ona görə ki, adətən qadınlar öz ayaqları üzərində durmağa qorxurlar. Bunun da səbəbi aşkardı. V axtında heç bir təhsil almayan, peşə sahibi olmayan qadın, boşanandan sonra nə işlə məşğul olacağını bilmir.       Yuxarıda qeyd etdiyim birinci və ikinci bəndləri daha geniş şəkildə incələyəcək olsaq birinci bəndin, yəni boşanmış qadının cəmiyyətdə normal qarşılanmamasının səbəbkarı digər qadınlardır. Hər nə qədər də deyilsəki, kişilər cəmiyyət daxilində qadınları əzirlər, əslində qadınların birinci rəqibləri elə qadınlardır. Bir məhəllədə bir qa

Allah hər şeyi biləndir

Hücurat surəsi 16-cı ayədə deyilir:       " (Ya Peyğəmbər! Bu bədəvilərə) de: " Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyi biləndir. "   Allahın hər şeyi bildiyi həm də Əhzab (33) surəsi 54-cü ayədə verilir. Buradan bir fikir ortaya çıxır əgər Allah hər şeyi biləndirsə, deməli insan heç də azad iradəyə sahib deyil. Çünki, İslam mənbələri insanın edəcəyi əməllərə görə Cənnətə və ya Cəhənnəmə gedəcəyini vurğulayırlar. Yəni bizim - insanların sonumuzun öz əlimizdə olacağı qeyd olunur. Amma bu heç də bizdən asılı olan bir məqam deyil. Çünki hələ Adəm yaradılmazdan öncə Allah kimin Cənnətə kimin Cəhənnəmə gedəcəyini bilirdi. Belə olan halda, əgər mənim Cəhənnəmə gedəcəyim Allah qatında bilinirdisə, deməli mənim Cənnətə getmə ehtimalım yoxdur. Əgər Cənnətə getmə ehtimalım edəcəyim ibadətə bağlı idisə, deməli Allah heç də hər şeyi bilmir. O, sadəcə mənim sonumu ehtimal edi

Vətəndən qaçmaq yoxsa "Qəhrəman arketipi" ?

    Arketip anlayışı psixologiya elminə Jung tərəfindən gətirilmişdir. Carl Gustav Jungun yaratdığı analitik psixologiyanın ən əsas tərəfi kollektiv şüur xarici və içərisindəki arketiplərdir. Arketip sözünün mənası şablon, qəlib deməkdir. Jung-a görə kollektiv şüurxarici (tr: bilinçdışı, en:collective unconscious) bütün insanlıqda ortaq olaraq vardır və soya bağlı olaraq atalardan gəlir. Özündə bütün keçmişi ehtiva edir və nağıllar, hekayələr, dini rəvayətlər vasitəsilə özünü biruzə verir. Arketiplər ilk örnəklərdir, əsrlərlə davam edən təcrübə nəticəsində yaranır və insan doğularkən bu arketiplərlə doğulur. Yəni Junga görə insan "ağ bir səhifə kimi" doğulmur. Əksinə o doğulduğu dünyanı özündə ehtiva edən gizli simvollara (arketiplərə) sahib olaraq doğulur və dünyada yadlıq hiss eləmir. Buna görə də bir uşaq doğulduqda kollektiv şüur xaricindəki ana arketipi sayəsində anasını tanıyır.      Bu arketiplərdən ən önəmlilərindən biri də mərhələ arketipidir. Bu arketipə həm də qəh

İslamda Milliyyətçilik

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah qatında ən üstün olanınız ondan ən çox qorxanınızdır (təqvalı olanınızdır). Həqiqətən Allah biləndir, xəbərdardır." Bu ayə Quranın 49-cu surəsi olan Hucurat surəsinin 13-cü ayəsidir. Millətlərin yaradılması ilə bağlı Quranda bu ayə verilir və göstərilir ki, Allah qatında üstün olanınız millətindən asılı olmayaraq daha çox təqvalı olanınızdır. İslamın qəbul etdiyi milliyyətçilik sadəcə olaraq öz millətini sevməkdir. Vasilə b. Əl-Əsqa deyir ki: "Peyğəmbərdən insanın millətini sevməsi əsəbiyyət/irqçilik sayılırmı?" deyə soruşdum. "Xeyr, kimsə millətini sevdiyinə görə günahlandırıla bilməz. Əsəbiyyət/irqçilik insanın millətinin etdiyi zülmlərə yardım etməsidir" deyə buyurdu. (Əhməd b. Hənbəl 4/107 ; "Məcmauz-zəvaid, 6/244). İslamın qəbul etdiyi milliyyətçilikdə kimsə öz millətini digərindən üstün tuta bi

"Tanrının dili"

      Rəsul ilk dəfə idiki, din tarixi dərsində olurdu. Bu fənnə Rəsulun böyük marağı vardı. O düşünürdü ki, müəllim ilk dinlərdən başlayaraq ən sonuncuya qədər ona məlumat verəcək. Amma bu heç də belə olmadı.  Müəllim otağa sağ ayağı ilə daxil olub "Bismillah" dedikdən sonra sözə başladı: - "Bildiyiniz kimi ən doğru din sonuncu din olan İslam dinidir. Ondan əvvəlki səmavi dinlər istisna olmaqla digərləri insanların özlərinin uydurduqları dinlərdir. Səmavi dinlərin kitabları isə təhrifə məruz qaldığı üçün biz bu kitablar haqqında məlumatı da Qurandan oxuyacağıq. Aranızda ərəb dilini bilən varmı?"         Rəsul orta məktəbin 9-cu sinfində oxuyurdu. Məktəbin direktoru baş alıb gedən dini ekstremizmə qarşı məktəbdə şagirdlərə dini təhsil verilməsinin daha faydalı olacağını düşünürdü. Belə olduqda şagirdlər gerçək dinin necə olduğunu anlayacaq və ekstremist cərəyanlardan kənarda duracaqdılar. Rəsulun ailəsi dindar ailə deyildi. Ama digər müsəlmanlar kimi onlar da Alla

"Yuxarıdakı Qonşu"

           Balaca qız oynamasını dayandırmışdı. Buna səbəb anasının onu danlaması idi. Balaca özü də bunun nə üçün baş verdiyini bilmirdi. Amma anasının dediyinə görə yuxarıdakı qonşu onun belə oynamasını bəyənmirmiş və balacanın oynamağı onu narahat edirmiş. Balaca düşünürdü, axı yuxarıdakı qonşu onun oyunlarından niyə narahat olmalı idi? Həm də o heç vaxt yuxarıdakı qonşunu görməmişdi. Onu sadəcə evdəkilərin deməyi ilə tanımışdı və onlar deyirdilər ki, o çox yaxşı biridi. Həmişə onların köməyi olur, ürəyiaçıqdır. Amma balacanın oynaması onu narahat etmişdi.            Balaca Məryəmin ailəsi 10 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdı. Yuxarıdakı qonşu isə 10-cu mərtəbədə qalan, adını heç kimin dəqiq bilmədiyi, hər kəsin fərqli müraciət etdiyi bir insan idi. Onu görən olmamışdı, amma deyilənlərə görə hər zaman tək yaşayıb. Məhəlləyə ilk köçən də məhz o olub. Ona görə də məhəllədə kim yaşayırdısa hamısını çox yaxşı tanıyırdı. Və deyilənlərə görə məhəllədə olan-bitən hər hadisədən

"Günahsız Məryəm Ana"

Resim
"Günahsız Məryəm Ana Kilsəsi" 2004-cü ildə Azərbaycana gələn Vatikan nümayəndə heyətinin başçısı kardinal Toran tərəfindən Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilmişdir. Bolşeviklər tərəfindən uçurulan "Bakirə Müqəddəs Məryəm Kilsəsi"nin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi-Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis etmiş və ilk ibadəti həyata keçirmişdir. Kilsəyə daxil olduqda məni Azərbaycanda apostol prefekti olan Vladimir Fekete qarşıladı. Kilsə haqqında yazı yazmaq istəyimi məmnuniyyətlə qarşıladı. Kilsənin girişində belə bir yazı var idi: ""Mənim evim dua evidir" deyə yazılmışdır".  Kilsə Latın kilsəsi olduğu üçün Roma-katolik kilsəsi ənənələrini daşıyır.  Kilsənin daxildən görünüşü Kilsənin özünə məxsus bir aurası var idi.Burada katoliklərin ibadət zamanı əyləşməsi üçün